ELM VƏ TƏHSİL


Rusiya Prezidentinin “Şücaətə görə” medalı ilə mükafatlandırdığı azərbaycanlı Oleq Məhərləmov kimdir?

Bakı, 5 noyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən Moskvada Dubrovka faciəsi zamanı əsirlərə kömək edən, ölümündən sonra “Şücaətə görə” medalı ilə təltif olunan azərbaycanlı həkim Oleq Məhərləmov haqqında məqalə yaradılıb.

MEK-dən AZƏRTAC-a bildiriblər ki, məqalədə azərbaycanlı həkimin həyatı, ailəsi və 2002-ci il oktyabrın 23-26-da Dubrovkada Moskva Teatr mərkəzində törədilən terror zamanı insanlara kömək etmək naminə göstərdiyi şücaət haqqında məlumat verilib.

Könüllülər tərəfindən qəhrəmanı rusdilli oxuculara təqdim etmək üçün rus dilində olan “Vikipediya”da da məqalə yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.