İQTİSADİYYAT


Rusiya Rəşt-Astara dəmir yolunun tikintisində yaxından iştirak edəcək

Tehran, 18 iyun, AZƏRTAC

Rusiya Rəşt-Astara dəmir yolunun tikilib başa çatdırılmasında maraqlıdır və bu işdə İrana yaxından kömək göstərəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk İranın Ticarətin İnkişafı Təşkilatının rəhbəri Əlirza Pakpeyman ilə görüşündə deyib.

Sankt-Peterburq iqtisadi forumu çərçivəsində keçirilən görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşması müzakirə olunub. Qeyd olunub ki, bu dəhliz Rusiya ilə İran arasında ticarət əlaqələrini genişləndirməklə yanaşı, hər iki ölkənin tranzit imkanlarını da artıracaq. Rusiya dəhliz vasitəsilə Fars körfəzi və Cənub-Şərqi Asiya ölkələri ilə tranzit və ticarət əlaqələrini genişləndirəcək.

Qeyd edək ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi İran və Azərbaycan ərazisindən keçir. Fars körfəzi və Cənub-Şərqi Asiyadakı ölkələr yüklərini Bəndər Abbas və Çabahar limanları vasitəsilə İrana, buradan isə Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu ilə Rusiyaya və əks istiqamətə daşımaq istəyindədirlər. Bu yol həm ucuz, həm də qısa müddətdə yüklərin çatdırılmasına təminat verir.

Hələlik yolun Qəzvin-Rəşt hissəsi tikilib istismara verilib. Rəşt-Astara hissəsində isə işlər davam edir. İrana qarşı tətbiq olunan iqtisadi sanksiyalar yolun bu hissəsinin inşasını ləngidir. Rusiya dəhlizin tamamlanmasında maraqlı olduğu üçün İran ilə bu sahədə əməkdaşlığını artırmaqdadır.

 
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.