DÜNYA


Rusiya S-400 zenit-raket kompleksi ilə bağlı Türkiyənin mövqeyini alqışlayır

Moskva, 14 aprel, AZƏRTAC

Rusiya S-400 zenit-raket kompleksləri ilə bağlı Türkiyənin mövqeyini alqışlayır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat kaibi Dmitri Peskov “Rossiya-1” telekanalında çıxışı zamanı deyib. O, Ankaranın Rusiya raketlərinin alınması ilə əlaqədar bəyanatını şərh edərək söyləyib ki, ölkəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qəti mövqeyini alqışlayır. D.Peskov əlavə edib ki, dünyada suveren siyasət yeridən az ölkə tapmaq olar. Rusiya və Türkiyə belə ölkələrdəndir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.