DÜNYA


Rusiya Səhiyyə Nazirliyi COVID-19 xəstəliyinin müalicəsi üçün dərmanların siyahısını genişləndirib

Moskva, 4 iyun, AZƏRTAC

Rusiya Səhiyyə Nazirliyi COVID-19 xəstəliyinin müalicəsi üçün istifadə olunan dərmanların siyahısını genişləndirib.

AZƏRTAC xəbər verir ki, siyahıya “Favipiravir”, “Gidroksixloroxin”, “Mefloxin”, Azitromitsin”, “Lopinavir”, “Ritonavir” və Umifenpvir” və digər preparatlar daxil edilib. Tövsiyə olunan dərmanların yeni siyahısı Rusiya və xarici kliniki təcrübələrin nəticələri əsasında tərtib olunub.

Rusiya Səhiyyə Nazirliyi, həmçinin tibb müəssisələrinə daxil olan bütün pasiyentlərin testdən keçirilməsini tövsiyə edir.

Qeyd edək ki, Rusiyada 432 min 277 koronavirus xəstəsi qeydə alınıb. İndiyədək 195 min 957 nəfər sağalıb, 5215 xəstə vəfat edib.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.