Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Səhiyyə Nazirliyinin N.N.Bloxin adına Rusiya Elmi-Tədqiqat Onkoloji Mərkəzinin baş direktoru, Rusiya Elmlər Akademiyasının akademiki Mixail Davıdovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Sizi 55 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. Sizə səmimi qəlbdən möhkəm cansağlığı, məqsədlərinizə çatmağınızı arzu edirəm.

Sizə və yaxınlarınıza uzun ömür və firavanlıq, Azərbaycan Respublikasına və bütün Azərbaycan xalqına isə Sizin rəhbərliyiniz altında inkişaf diləyirəm. Qoy evinizdə həmişə rahatlıq və mehribanlıq hökm sürsün! Sevən ailəniz və etibarlı dostlarınız yanınızdan əskik olmasın!

 

Hörmətlə,

Mixail Davıdov

Rusiya Səhiyyə Nazirliyinin N.N.Bloxin adına Rusiya Elmi-Tədqiqat

Onkoloji Mərkəzinin baş direktoru,

Rusiya Elmlər Akademiyasının akademiki

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin