MƏDƏNİYYƏT


Rusiya Teatr Sənəti İnstitutu MDB və yaxın xarici ölkələrin sakinləri üçün onlayn kurslar təşkil edir

Bakı, 21 yanvar, AZƏRTAC

Rusiya Teatr Sənəti İnstitutu MDB-yə üzv ölkələrdə, o cümlədən Azərbaycanda və yaxın xarici ölkələrdə yaşayan aktyor və rejissorların ixtisasının distant şəkildə artırılması üçün bir sıra proqramlar hazırlayıb.

AZƏRTAC Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinə (RİMM) istinadla xəbər verir ki, məşğələlər “Mədəniyyət” milli layihəsinin “Yaradıcı insanlar” federal layihəsi çərçivəsində Rusiya Teatr Sənəti İnstitutu nəzdində yaradıcı və idarəçi kadrların fasiləsiz təhsili və ixtisasının artırılması mərkəzi bazasında distant rejimdə keçiriləcək.

Layihə “Rus dünyası” fondu ilə birgə icra edilir. İxtisasartırma kursları MDB və yaxın xarici ölkələrdən – Azərbaycan, Belarus, Qazaxıstan, Özbəkistan, Ukrayna və digər ölkələrdən olan aktyor, rejissor, yaradıcı ali məktəblərin və kolleclərin müəllimləri, teatr kollektivlərinin rəhbərləri, teatrların ədəbi hissəsinin müdirləri üçün nəzərdə tutulub.

2022-ci il fevralın 1-dən martın 15-dək müddətdə aşağıdakı proqramlar keçiriləcək:

-XIX əsrin rus ədəbiyyatı sosiomədəni kontekstdə.

-Səhnə nitqi. Diksiya və orfoepiya.

-Ritorika. Camaat qarşısında çıxış etmək sənəti.

-Aktyorun peşəkar bacarıqlarının təkmilləşdirilməsi. Emosiyaların idarə edilməsi.

-Rusiya müasir dramaturgiyası. Pyeslərin analizi.

Layihə başa çatdıqdan sonra bütün iştirakçılara ixtisas artırılması barədə vəsiqə veriləcək.

Əlavə məlumatı bu linkdən almaq olar: https://gitis.net/

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.