Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Rusiya-Türkiyə əlaqələri: prezidentlər dönüş yarada bilirlərmi?

Rusiya-Türkiyə əlaqələri: prezidentlər dönüş yarada bilirlərmi?

Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Sankt-Peterburqda Vladimir Putinlə görüşü dünya miqyasında geniş əks-səda doğurub. Qərb siyasətçiləri və ekspertləri bütövlükdə bu hadisəni müsbət qiymətləndirsələr də, müəyyən narahatlıq da ifadə edirlər. Rəsmi Ankaranın hərbi çevrilişə cəhd zamanı hakimiyyəti lazımi səviyyədə dəstəkləməməkdə günahlandırdığı ABŞ və Avropa İttifaqı indi bir qədər aktiv mövqe tutmağa çalışırlar. Vaşinqton hələlik özünü daha təmkinli aparır. R.T.Ərdoğanın "Ya Türkiyə, ya Gülən" seçimi etmək zamanı olduğunu deməsinə rəğmən, ABŞ hakimiyyəti belə bir seçim qarşısında olmadığını bildirib. Lakin, eyni zamanda, Fətullah Gülənin Ankaraya təslim edilməsi ilə bağlı hüquqi prosedurların başlandığı haqqında da informasiyalar yayılır. Aİ isə Türkiyəni itirmək istəmədiyini açıq bəyan edib. Bunların fonunda Moskva ilə Ankara arasında əməkdaşlığın yeni məzmun alması ayrıca geosiyasi əhəmiyyət kəsb edir.

Müstəqil kurs: Türkiyənin dəyişməyən siyasi xətti

Hərbi çevriliş cəhdindən sonra Türkiyə dünya siyasətinin ən aktual mövzularından birinə çevrilib. Aydın olur ki, həmin hadisə vasitəsilə bu böyük müsəlman ölkəsinə siyasi, iqtisadi, geosiyasi və hərbi aspektlərdə ciddi zərbə vurmaq niyyəti olub. Lakin əsasən xalqın iradəsi sayəsində sui-qəsdçi dairələrin bütün planları pozuldu. Bunun fonunda Ankaranın yeridəcəyi siyasi kurs maraqla gözlənilir. Prezident Rəcəb Tayyib Ərdoğan çevriliş cəhdindən sonra ilk səfərini Rusiyaya etməklə bu suala müəyyən dərəcədə cavab vermiş oldu.

Bir sıra ekspertlər hesab edirlər ki, Türkiyə bundan sonra daha çox Rusiyaya meyl edəcək. Hətta onun Avrasiya İqtisadi İttifaqına (Aİİ) və Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olacağı belə proqnozlaşdırılır. Təbii ki, siyasətdə heç bir şeyi tam istisna etmək müasir reallıqlar müstəvisində konstruktiv görünməz. Ancaq, bizcə, indiki mərhələdə Türkiyə rəhbərliyinin atdığı addımlar hansısa böyük geosiyasi gücə tərəf atılmış addım deyil.

Əksinə, rəsmi Ankara dünyaya nümayiş etdirir ki, o, müstəqil, milli maraqlara cavab verən xarici siyasət kursundan imtina etməyəcək. Əsas məsələ bundan ibarətdir. R.T.Ərdoğanın Sankt-Peterburq səfəri də məhz həmin xəttin təsdiqidir. Almaniyanın "Tagesspiegel" nəşri bu məqamı dolayısı ilə etiraf edir. Burada dərc edilən məqalələrin birində deyilir: "Bu, Türkiyənin NATO-dan çıxması anlamına gəlmir, ancaq onu ifadə edir ki, Ankara Alyansla birgə olan xəttə xüsusi əhəmiyyət vermir" (bax: Erdogans Besuch bei Putin ist ein Signal an den Westen / "tagesspiegel.de", 8 avqust 2016).

Ankaranın bu cür davranışının səbəbləri aydındır. Türkiyədə hərbi çevriliş etməyə çalışanlar onun son illər regional lider kimi həyata keçirdiyi siyasətə silahlı etirazlarını ifadə edirlər. Türkiyə Yaxın Şərq məsələsində, miqrasiya probleminin həllində, terrorla mübarizədə, iqtisadi islahatları həyata keçirməkdə, İslami əxlaqın həyat tərzində gücləndirilməsində (xüsusi qeyd edək ki, siyasətdə deyil, ictimai həyatda möhkəmləndirilməsində) ciddi proqramlar reallaşdırır. O cümlədən hərbi sahədə Qərbdən asılılığı hiss ediləcək dərəcədə aşağı salır.

Görünür, Qərbdə həmin məqamı dərk edənlər vardır. "Der Spiegel" yazır ki, Türkiyə ideoloji amilə görə deyil, sırf praqmatik səbəblərdən Rusiya ilə yaxınlaşır (bax: Erdogan und Putin: Freundschaft meistbietend zu verkaufen / "spiegel.de", 9 avqust 2016).

Burada daha dərin məqamlara baş vurmadan təəssüflə onu vurğulayaq ki, Qərbin müəyyən dairələri hələlik müsəlman ölkələrinin uğurlarına obyektiv münasibət göstərməyin siyasi tərbiyəsinə yiyələnə bilməyiblər. Biz Azərbaycanın əldə etdiyi nailiyyətlərə onların qısqanclıq və ikili standartlar çərçivəsində yanaşdığının dəfələrlə şahidi olmuşuq. Türkiyə böyük müsəlman dövləti kimi bunu öz üzərində daha çox hiss edir.

Əlbəttə, hər dövlətin öz maraqları var. Lakin Ankara və Bakı dünyaya "müstəqil dövlət kimi xarici siyasət yeritmək bizim təbii haqqımızdır və buna kimsə əngəl törədə bilməz" mesajını verirlər. Təcrübə də göstərir ki, bu iki müsəlman ölkəsi dediklərini uğurla həyata keçirirlər. R.T.Ərdoğanın Rusiyaya səfərinə bu kontekstdə təhlili yanaşmaq istərdik.

İqtisadi əməkdaşlıqda irəliləyiş: geosiyasi ziddiyyətlər qalırmı?

Hər şeydən əvvəl, Moskvanın Türkiyə rəhbərinin əməkdaşlıq təklifinə olduqca diqqətli və konstruktiv yanaşmasını vurğulamaq lazımdır. Bu, Kremlin xarici siyasətdə kifayət qədər səmərəli davrandığını təsdiqləyən amillərdən biridir. Putin-Ərdoğan görüşməsi zamanı Rusiya prezidentinin ifadə etdiyi fikirlər də bu tezisi təsdiqləyir (bax: Путин и Эрдоган перевернули кризисную страницу в отношениях России и Турции / "РИА Новости", 9 avqust 2016).

Bunlara rəğmən, ekspertlər ölkələr arasında əlaqələrin inkişafına əhəmiyyətli təsir edə biləcək iki faktı vurğulayırlar. Onlardan biri "Türk axını" layihəsi üzrə işin davam etdirilməsi haqqında razılığın əldə edilməsidir (bax: Мнение: договоренности России и Турции вынудят ЕС задуматься Турции / "РИА Новости", 10 avqust 2016). Hər iki tərəf üçün bunun strateji əhəmiyyəti vardır. Rusiya öz qazını Avropaya çıxarmaq üçün alternativ marşrut əldə etmiş olur. Eyni zamanda, Türkiyə özünün təbii qaza olan ehtiyacını daha səmərəli ödəmək imkanı qazanır.

Məsələnin bu tərəfi Moskva üçün prinsipial əhəmiyyət kəsb edir. Çünki onun regionda bu sahədəki rəqibi İran da Türkiyəyə qaz satışını artırmaq fikrindədir. Bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Ankaraya son səfəri də təsdiq edib (bax: Zarif: Türkiye halkının yanındayız / "Deutsche Welle", 12 avqust 2016).

Bundan əlavə, Yaxın Şərqin bir sıra dövlətləri də enerji daşıyıcılarının Türkiyə ərazisindən keçməklə Avropaya çatdırılmasına müsbət yanaşırlar. Rusiya təbii ki, bütün bunları nəzərə alır və "Türk axını" adlandırdığı, əslində, daha çox öz maraqlarına cavab verən layihəni reallaşdırmaqda qərarlıdır. Ancaq Avropa ölkələrinin də həmin layihəyə münasibəti təsirli ola bilər. Vladimir Putin bir neçə dəfə vurğulayıb ki, "avropalı tərəfdaşlarımızın bu layihəyə razı olması gərəkdir".

Hər bir halda Ankara "Türk axını" üçün maneə yaratmaq fikrində deyil. Proseslərin real gedişini isə zaman göstərəcək. Buna baxmayaraq, Rusiya və Türkiyə üçün strateji əhəmiyyətli başqa layihə – "Akkuyu" atom elektrik stansiyasının tikintisi məsələsi ilə bağlı irəliləyiş müşahidə edilib. R.T.Ərdoğan bu layihəni strateji statusa yüksəldə biləcəklərini bəyan edib. Onun təqribi xərci 21 milyard ABŞ dolları civarındadır.

Əgər "Akkuyu"ya strateji status verilsə, Rusiya ilə Türkiyənin nüvə enerjisi sahəsində əməkdaşlığı uzunmüddətli ola bilər. Təbii ki, həmin məqam Qərbi qane etmir. Burada başa düşürlər ki, bu, gələcəkdə Ankara ilə Rusiyanın əlaqələrini çox dərinləşdirə bilər. Bəlkə də bu səbəbdən artıq Aİ rəsmilərindən Türkiyə ilə münasibətlərin soyumasında özlərini günahlandıran fikirlər eşidilir (bax: Avrupa Konseyi Başkanı'ndan Avrupa'ya 'Türkiye' uyarısı / "Habertürk", 13 avqust 2016).

Bütün bunlara iki ölkə arasında inşaat və turizm sahələrində gözlənilən əməkdaşlığı da əlavə etmək olar. Moskva və Ankara üçün hər iki sfera vacibdir. Lakin bu istiqamətlərdə proseslərin bir qədər uzun zaman tələb edəcəyi qənaəti vardır. Çünki turizm mövsümü artıq başa çatır, inşaat sektorundakı məhdudiyyətləri isə Rusiya tədrici aradan qaldırmaq fikrindədir. Ekspertlər bunun arxasında başqa məqsədin dayandığını düşünürlər.

"Stratfor"un analitikləri hesab edirlər ki, Rusiya ilə Türkiyə arasında geosiyasi aspektdə fikir ayrılıqları qalmaqdadır. Xüsusilə Suriya məsələsində tərəflər öz mövqelərindən çəkilməyiblər. Təsadüfi deyil ki, Putinlə Ərdoğan mətbuat üçün brifinqi Suriya məsələsini müzakirə etməzdən öncə keçiriblər (bax: Russia Keeps Its Friends Close and Turkey Closer / "stratfor.com", 9 avqust 2016).

Bu "beyin mərkəzi"nin analitiklərinin gəldikləri yekun nəticəyə görə, Putin və Ərdoğan üçün dost tutmaq maraqlı deyil – onlar özlərini tam olaraq milli maraqlara həsr ediblər. Bu səbəbdən "irəlidə Türkiyə və Rusiyanı milli maraqlar sahəsində yeni toqquşma nöqtələri gözləyir" (bax: əvvəlki mənbəyə).

Bəlkə də Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) "kölgə" strukturu hesab edilən "Stratfor"un ekspertləri haqlıdırlar. Ancaq siyasət reallığı sevir. O isə göstərir ki, Ankara ilə Moskva praqmatik davranır və qarşılıqlı faydalı əməkdaşlığa hazırdırlar. Bizcə, Türkiyə prezidentinin Rusiyaya səfərinin əsas qayəsi bundan ibarətdir və o, yalnız müsbət qiymətləndirilə bilər.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əmək haqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq VİDEO

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib VİDEO

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur