DÜNYA


Rusiya Türkiyə ilə aviasiya əlaqəsini bərpa edir

Moskva, 18 iyun, AZƏRTAC

Rusiya Türkiyə ilə aviasiya əlaqəsini bərpa etməyi qərara alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya hökuməti sədrinin müavini Tatyana Qolikova məlumat verib.

Onun sözlərinə görə, Rusiya iyunun 22-dən Türkiyə ilə aviasiya əlaqəsini bərpa edəcək. Bundan başqa, baş nazirin müavini iyunun 28-dən Azərbaycan, Avstriya, Yunanıstan, Qatar, İordaniya və digər ölkələrə reyslərin sayının artırılacağı, eləcə də ABŞ, Belçika, İtaliya, Bolqarıstan, İordaniya, İrlandiyaya reyslərin açılacağını bildirib.

Rusiyalı mütəxəssislərdən ibarət təftiş qrupunun Türkiyəyə səfərinin başa çatdığını qeyd edən T.Qolikova, türkiyəli həmkarların pandemiya şəraitində xidmətə dair təlimat hazırladıqlarını vurğulayıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.