DÜNYA


Rusiya, Türkiyə və İranın Suriya üzrə növbəti görüşü başa çatıb

Moskva, 17 fevral, AZƏRTAC

Soçidə keçirilən Suriya üzrə 15-ci beynəlxalq görüş başa çatıb.

AZƏRTAC xəbər verir ki, görüşdə Astana formatının iştirakçıları olan ölkələrin - Rusiya, Türkiyə və İranın diplomatları iştirak ediblər. Tərəflər danışıqların yekunlarına dair bəyanatla çıxış ediblər.

Bəyanatda İdlib üzrə əldə olunmuş razılaşmaların tam şəkildə yerinə yetirilməsinin, ölkədəki terrorçu dəstələrinin məhv edilməsinin vacibliyi vurğulanıb. Tərəflər Suriyanın suverenliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasına tərəfdar olduqlarını bildiriblər.

Rəsmi Moskva, Ankara və Tehran Suriyanın neft gəlirlərinin qanunsuz ələ keçirilməsini, bu ölkənin Konstitusiya Komitəsinin fəaliyyətinə kənardan müdaxilələri pisləyiblər. Tərəflər, həmçinin Suriyada qaçqın və köçkünlərin öz yurdlarına təhlükəsiz qaytarılmasının vacibliyini qeyd ediblər.

Astana formatında növbəti görüşün 2021-ci ilin ortalarında Nur-Sultanda keçirilməsi nəzərdə tutulub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.