DÜNYA
Rusiya, Türkiyə və İranın xarici işlər nazirləri Suriya məsələsini müzakirə edəcəklər
Bakı, 19 fevral, AZƏRTAC
Rusiya, Türkiyə və İranın xarici işlər nazirləri Qazaxıstanın paytaxtında görüşəcəklər.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, “Sabah” qəzetinin yaydığı məlumata görə, Rusiya, Türkiyə və İranın xarici işlər nazirlərinin üçtərəfli görüşü martın 14-də Astanada olacaq.
Bundan əvvəl İranın xarici işlər naziri Cavad Zərif jurnalistlərə üç ölkənin xarici işlər nazirlərinin Suriyada gərginliyin azaldılması məqsədilə Astanada görüşəcəyini, sonra siyasi tənzimlənmə ilə məşğul olmaq üçün İstanbulda sammitin keçirilməsinə hazırlıq aparılacağını bildirib.
Xatırladaq ki, ötən il noyabrın 22-də Rusiya, İran və Türkiyənin dövlət başçıları Soçidə görüşərkən Suriyada terrorizmə qarşı birgə mübarizənin uğurlarını bəyan ediblər. Bu prosesdə növbəti addım bu il yanvarın 30-da Soçidə keçirilən Suriya Milli Dialoqu Konqresi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]
Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]