Rusiya Turoperatorlar Assosiasiyası Azərbaycana səyahət etməyi təklif edir
AzerTAg.az

Moskva, 2 aprel, AZƏRTAC
Rusiya Turoperatorlar Assosiasiyasının saytında “Azərbaycan: maarifləndirici və ləzzətli səyahət” sərlövhəli məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycana səyahətin əla qastronomik macəra ilə bir araya gətirilə bilən ən zəngin tarixi irslə tanışlığın qonaqları valeh edəcəyi vurğulanır: “Turistlər ekskursiya turunu və yeməklər, ziyarət etmək üçün maraqlı restoranlar seçə bilərlər. Lakin onlar əvvəlcədən hazırlanmış proqram üzrə qastronomik tur seçsələr, heç də uduzmazlar, çünki ekskursiyalar ölkənin gözəlliyini üzə çıxarmağa köməklik edəcək xüsusilə seçilmiş restoranlar və yeməklərlə bir-birini əvəz edəcək. Azərbaycan çox yaxındadır. Moskvadan uçuş cəmi üç saata yaxın vaxt təşkil edəcək”.
6 gün /5 gecəlik “Azərbaycana qastronomik tur”u - 65875 rubldan (775 dollardan) başlayır, aviabilet daxildir.
“Tur ekskursiya proqramı və çox ləzzətli qastronomik proqramını ehtiva edir. Qonaqlar Bakını çox yaxşı tanıyacaqlar. Bələdçi ekskursiyalar keçirəcək və Dənizkənarı Milli Parkı, İçərişəhəri, Qala – Arxeoloji-Etnoqrafik Muzey Kompleksini, Atəşgah – Atəşpərəstlərin məbədini, “Yanar Dağ”ı, Şəki xanlarının sarayını, Kiş və Marhal kəndlərini göstərəcək”, - deyə assosiasiyanın mütəxəssisləri bəhs edirlər.
Rusiyalılara ləzzətli Azərbaycan milli mətbəxi, “Həftəsonu Bakıya gedək”, “Azərbaycan: UNESCO-nun memarlıq abidələri”, “Xəzər dənizindən Qafqaz dağlarına qədər” ekskursiya turları təklif edilir.
Rusiya səyahətçiləri qədim kəndləri, tarixi Cümə məscidini, memarlıq obyektlərini, şəbəkə hazırlanması üzrə autentik emalatxananı, Şəki şəhərini və bir çox görməli yerləri seyr edəcəklər. Ölkənin möhtəşəm təbiəti – dağları, qalaları, meşələri, kanyonları, çaylarından həzz alacaqlar.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Xəbərin mətnində orfoqrafik səhv var