Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Vəkillər Gildiyasının prezidenti, Rusiya Federasiyasının Əməkdar Hüquqşünası, hüquq elmləri doktoru, professor Həsən Mirzəyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu,

Rusiya Vəkillər Gildiyası, Rusdilli Vəkillərin Beynəlxalq Assosiasiyası, Rusiya Vəkillik və Notariat Akademiyası, “Moskva Hüquq Mərkəzi” Vəkillər Kollegiyası adından və şəxsən öz adımdan Sizi 55 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikasının inkişafı, ölkədə həmrəyliyin, vətənpərvərliyin möhkəmlənməsi atanız dahi Heydər Əliyevin və Sizin adınızla bağlıdır. Siz müasir dövrün şəksiz liderisiniz. Cəmiyyətdə baş verən bütün proseslərdə vətəndaşlıq, hüquq mədəniyyəti və siyasi mədəniyyət, qurucu insana xas olan sabitlik və enerji Sizin üçün hər şeydən əsasdır.

Azərbaycan Respublikasının Prezidenti vəzifəsində Siz öz fəaliyyətinizlə həmvətənlərinizin dərin hörmət və məhəbbətini qazanmısınız. Əminəm ki, Azərbaycan Respublikası və Rusiya Federasiyası xalqlarımız arasında mədəni, iqtisadi və digər sahələrdə qarşılıqlı fəaliyyəti bundan sonra da inkişaf etdirəcək və möhkəmlədəcəklər.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, uzun ömür, Azərbaycanın rifahı və firavanlığı naminə yeni uğurlar diləklərimi qəbul edin.

Bu xoş fürsətdən istifadə edib Sizi və bütün böyük Azərbaycan xalqını qarşıdan gələn Yeni - 2017-ci il münasibətilə təbrik edir, sülh və firavanlıq diləyirəm.

 

Hörmətlə,

Həsən Mirzəyev

Rusiya Vəkillər Gildiyasının prezidenti,

Rusiya Federasiyasının Əməkdar Hüquqşünası,

hüquq elmləri doktoru, professor

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin