Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Rusiya Vəkillər Gildiyasının prezidenti, professor Həsən Mirzəyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyasının, Rusiya Vəkillər Gildiyasının, Rusiya Vəkillik və Notariat Akademiyasının, “Moskva hüquq mərkəzi” vəkillər kollegiyasının adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm!

Sizin bir vətənpərvər və vətəndaş kimi fəal həyat mövqeyiniz, dövlət əhəmiyyətli məsələləri qüsursuz icra etməyiniz Vətənə layiqli xidmət nümunəsidir. Siz Heydər Əlirza oğlu Əliyevin Azərbaycan Respublikasında islahatçılıq yolunun layiqli davamçısısınız.

Sizin səmərəli rəhbərliyinizlə Azərbaycan genişmiqyaslı siyasi və iqtisadi islahatlar və dəyişikliklər, əhalinin sosial rifahının yüksəldilməsi yolu ilə inamla irəliləyir, aktual beynəlxalq və regional problemlərin həllində fəal iştirak edir. Dağlıq Qarabağda münaqişə Sizin bilavasitə iştirakınız sayəsində Azərbaycan və Ermənistan xalqlarının mənafeləri üçün ədalətli əsasda nizamlandı.

Sizin müdrik siyasətiniz sayəsində Azərbaycan ilə Rusiya arasında iqtisadi, mədəni və siyasi əlaqələr günbəgün genişlənir və möhkəmlənir. Mən Sizin həmvətəniniz kimi öz tarixi Vətənimlə fəxr edirəm.

Bu gün Siz həyatınızın ən mühüm mərhələsindəsiniz – bu dövrdə zəngin təcrübə müdriklik və həyati biliklərlə harmonik şəkildə birləşir. Çox iş görülüb, lakin gələcək üçün yeni planlar çoxdur.

Qoy, enerji, gümrahlıq və mənəvi güc Sizin etibarlı tərəfdaşlarınız olaraq qalsın. Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə uğurlar və Azərbaycan xalqının rifahı naminə yeni zəfərlər arzu edirəm.

Sizə, yaxınlarınıza və bütün Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm.

Hörmətlə,

Həsən Mirzəyev

Rusiya Vəkillər Gildiyasının prezidenti,

Rusiya Federasiyasının Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin