Rusiya XİN: Qarabağda müsbət tendensiyalar Azərbaycan, Ermənistan və Rusiya liderlərinin təsdiqlədiyi xəttin düzgünlüyünün sübutudur
AzerTAg.az
Moskva, 27 noyabr, AZƏRTAC
Qarabağda müsbət tendensiyalar Azərbaycan, Ermənistan və Rusiya liderlərinin təsdiqlədiyi xəttin düzgünlüyünün sübutudur.
AZƏRTAC xəbər verir ki, bu barədə Moskvada brifinqdə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O, həmçinin Dağlıq Qarabağ ətrafındakı vəziyyətə cəlb olunmuş tərəfləri bu regionda humanitar dosyeni siyasiləşdirməməyə çağırıb.
RF XİN-in rəsmi nümayəndəsi ümidvar olduğunu bildirib ki, Rusiyanın Azərbaycan və Ermənistan ilə, habelə bu məsələnin həllində marağı olan xarici tərəfdaşlar və qurumlarla birgə həyata keçirdiyi kompleks tədbirlər Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərqərar olmasına kömək edəcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Xəbərin mətnində orfoqrafik səhv var