DÜNYA


Rusiya XİN Venesuela hadisələri ilə əlaqədar bəyanatla çıxış edib

Moskva, 24 yanvar, AZƏRTAC

Venesuelanın qanuni hökumətinin ekstremist əhval-ruhiyyəli əleyhdarları Nikolas Maduronu devirməyə, o cümlədən onu fiziki olaraq aradan götürməyə cəhd göstərib, bu cəhd baş tutmadıqda isə, maksimal qarşıdurma ssenarisini seçiblər.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Venesuela hadisələri ilə əlaqədar bəyanatında əks olunub.

Bəyanatda qeyd edilir ki, Moskva Venesuela cəmiyyətini qanlı tayfa davaları uçurumuna yönəldənləri qətiyyətlə pisləyir. Sənəddə deyilir: “Müxalifətçi “Venesuela Prezidenti səlahiyyətlərinin müvəqqəti icraçısı”nın and içməsi, habelə ABŞ və regiondakı bəzi başqa dövlətlər tərəfindən onun bu qisimdə dərhal tanınması Venesuela cəmiyyətində parçalanmanı daha da dərinləşdirməyə yönəldilib”.

RF Xarici İşlər Nazirliyi Venesuelanın müxalifətçi siyasətçilərinə və Nikolas Maduronun qanuni hökumətinə müraciətlə onları başqalarının şahmat oyununda piyadalara çevrilməməyə çağırır.

Bəyanatda deyilir: “Beynəlxalq birliyin vəzifəsi Venesuelada milli maraqlara üstünlük verən müxtəlif siyasi qüvvələr arasında qarşılıqlı anlaşma əldə edilməsinə şərait yaratmaqdır. Biz bu məqsədləri dəstəkləyən bütün dövlətlərlə əməkdaşlıq etməyə hazırıq”.

Fəridə Abdullayeva

AZƏRTAC –ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.