SİYASƏT


Rusiya XİN-in İnformasiya və Mətbuat Departamenti Azərbaycanla Ermənistan arasında atəşkəs rejiminin 25 illiyi münasibətilə şərh yayıb

Bakı, 10 may, AZƏRTAC

Rusiya XİN-in İnformasiya və Mətbuat Departamenti Azərbaycanla Ermənistan arasında atəşkəs rejiminin 25 illiyi münasibətilə şərh yayıb.

AZƏRTAC Rusiya XİN-in rəsmi saytına istinadla xəbər verir ki, şərhdə mayın 12-də Azərbaycan və Ermənistan arasında atəşkəs haqqında sazişin qüvvəyə minməsinin 25 ilinin tamam olması qeyd olunur. Rusiya XİN vurğulayır: “Razılaşma Rusiyanın bilavasitə iştirakı ilə əldə olunub. O, kütləvi qan tökülməsinin qarşısını almağa və Dağlıq Qarabağ münaqişəsinin siyasi-diplomatik yollarla nizama salınması prosesinə başlamağa imkan verib. Mayın 12-də qüvvəyə minmiş saziş indiyədək atəşkəs rejiminin qorunub saxlanılmasının təməlini təşkil edir”.

Şərhdə qeyd olunub ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması mürəkkəb prosesdir. “Nizamlanmanın açar aspektləri üzrə razılığa gəlmək üçün zaman və onun iştirakçılarından siyasi iradə tələb olunur. Biz dayanıqlı sülhə nail olmaq üçün tərəflərin birgə fəaliyyəti davam etdirməsi əzmini görürük. Bunu Ermənistan və Azərbaycan liderlərinin bu yaxınlarda Vyanada keçirilmiş görüşünün yekunları və Moskvada xarici işlər nazirlərinin danışıqları da sübut edir.

Öz tərəfimizdən, Bakı və Yerevana kompromis həll yollarının tapılmasında fəal kömək edəcəyik. Əvvəllər olduğu kimi, ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində ABŞ və Fransa ilə birlikdə ardıcıl vasitəçilik səylərini davam etdirəcəyik”, -deyə Rusiya XİN bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.