SİYASƏT
Rusiyanın xarici işlər naziri MDB ölkələrinin səfirləri ilə görüşüb
Moskva, 31 yanvar, AZƏRTAC
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun adından MDB ölkələrinin Moskvada akkreditə olunmuş səfirləri üçün ənənəvi səhər yeməyi təşkil edilib. Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə S.Lavrov MDB formatında inteqrasiya proseslərinin, Birliyin nizamnamə və yerli orqanlarının işinin təkmilləşdirilməsi yolu ilə MDB-nin müasir dünyanın reallıqlarına uyğunlaşdırılmasının vacibliyini vurğulayıb. Nazir qeyd edib ki, 25 il ərzində MDB dövlətlərarası qarşılıqlı fəaliyyətə dair ən mühüm məsələləri səmərəli şəkildə həll etməyə qadir nüfuzlu beynəlxalq təşkilata çevrilib. Rusiyalı nazir aktual problemlərlə bağlı ölkəsinin prioritetlərini açıqlayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva