SİYASƏT


Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanın Londondakı diplomatlarını dəstəkləyib

Moskva, 6 avqust, AZƏRTAC

Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat departamentinin direktoru, bu nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanın Londondakı diplomatlarını dəstəklədiyini bildirib.

AZƏRTAC xəbər verir ki, diplomat bu barədə özünün teleqram-kanalında yazıb: “Londondakı azərbaycanlı həmkarlarımı dəstəklədiyimi bildirmək istərdim. Radikalların Britaniyada Azərbaycan səfirliyinə hücum etməsi əhvalatı məni şoka saldı. Vandallar günün günorta çağında kütlə şəkildə diplomatik missiyasının ərazisinə soxulub, dövlət rəmzlərini təhqir edib, binaya ziyan vurublar. Allaha şükür ki, zərər çəkən olmayıb”.

RF XİN-in rəsmi nümayəndəsi vurğulayıb ki, diplomatik nümayəndəliklərin ərazisinin toxunulmazlığı beynəlxalq münasibətlərin təməl daşı kimi, bütün dünyada diplomatların rahat işləməsini təmin edir.

M.Zaxarova yazır: “Belə “insidentlər” misli görünməmiş hadisədir. Diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasının 22-ci maddəsinin 2-ci bəndinin mətnini xatırladıram: “Nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq və nümayəndəliyin sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir”. Səfirliyin və diplomatların təhlükəsizliyini təmin etməli olan Britaniyanın hakimiyyət orqanlarından və polisdən soruşuram: Bəs siz harada idiniz? Assanj Ekvador səfirliyində saxlanılarkən onun keşiyini yaxşı çəkirdiniz”.

Xatırladaq ki, 2022-ci il avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya Birləşmiş Krallığında və Şimali İrlandiyada səfirliyi radikal dini qrupun hücumuna məruz qalıb.

 
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.