SİYASƏT


Rusiya XİN-in rəsmisi Azərbaycan və Ermənistan sərhədində delimitasiya işlərinə başlamağın vacibliyini bildirib

Moskva, 17 iyun, AZƏRTAC

Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələr onun beynəlxalq-hüquqi rəsmiləşdirilməsinin olmaması ilə bağlıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə bildirib.

M.Zaxarova, Rusiyanın vəziyyətin sabitləşməsinə yönəlmiş aktiv vasitəçilik səyləri göstərməyə davam etdiyini deyib. Bakı və Yerevanla Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, sərhəd xidmətləri xətti ilə sıx koordinasiya qurulub.

“Problemin davamlı və uzunmüddətli həlli yolunu iki ölkə arasında sərhədlərin delimitasiyası üzrə işlərin tezliklə başlanmasında, demarkasiya prosesinin aparılmasında görürük. Biz bu prosesə ən fəal yardım göstərməyə hazır olduğumuzu təsdiq edirik”, - deyə Rusiya XİN-in rəsmi nümayəndəsi əlavə edib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.