İQTİSADİYYAT


Rusiya Xəzərin Hüquqi Statusu üzrə Konvensiyanın ratifikasiyasını tezliklə başa çatdıracaq

Moskva, 13 avqust, AZƏRTAC

Rusiya Xəzər dənizinin Hüquqi Statusu üzrə Konvensiyanın ratifikasiyasını yaxın vaxtlarda başa çatdıracaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın Baş Naziri Dmitri Medvedev Türkmənbaşı şəhərində keçirilən Birinci Xəzər İqtisadi Forumundakı çıxışında bildirib. Baş Nazir konvensiyanın beş Xəzəryanı dövlət tərəfindən imzalanmasını tarixi hadisə adlandırıb.

D.Medvedev qeyd edib ki, Xəzəryanı ölkələr qarşısında iqtisadi və ekoloji problemlərlə yanaşı, terrorizm, narkotiklərin qanunsuz dövriyyəsi, mütəşəkkil cinayətkarlıq, nəzarətsiz miqrasiya kimi çağırışlar və təhdidlər durur. Rusiyanın Baş Naziri beş Xəzəryanı dövlətin bu təhdidlərlə mübarizədə səylərinin birləşdirməsinin vacibliyini vurğulayıb.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.