ELM VƏ TƏHSİL


Rusiya alimləri meteoritin tərkibində brilyantdan daha sərt mineral aşkar ediblər

Bakı, 2 avqust, AZƏRTAC 

Rusiya alimləri Sibirə düşən meteoritin tərkibində brilyantdan daha sərt mineralın kəşf edildiyini bildiriblər.

AZƏRTAC “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Rusiya Elmlər Akademiyası Sibir Bölməsinın Geologiya İnstitutu, Ural və Novosibirsk universitetlərində görkəmli alimlərin araşdırdığı meteoritin tərkibində “uakitite” adı verilən və brilyantdan daha sərt mineral aşkarlanıb.

Hazırda sirli mineral haqqında daha çox məlumat əldə etmək üçün laboratoriya işləri aparılır. Alimlər mineralın görünüşünü “metal parıltıya malik sarı və şəffaf” olaraq xarakterizə ediblər.

Mineralın kub kristallar və ya dairəvi dənəciklər əmələ gətirdiyi, dənəciklərin 5 mikrometrdən daha kiçik olduğu qeyd edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.