DÜNYA


Rusiya aviakompaniyalarına məxsus 77 təyyarə xarici ölkələrdə saxlanılıb

Bakı, 1 iyul, AZƏRTAC

Bu günə qədər Rusiya aviakompaniyalarına məxsus 77 təyyarə xarici ölkələrdə qalıb.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiyanın nəqliyyat naziri Vitali Savelyev jurnalistlərin suallarını cavablandıran zaman deyib.

“İndiyə qədər 77 təyyarəmiz xaricdə saxlanılıb. Biz onlardan birini geri qaytara bilmişik. Hər bir təyyarə üçün mübarizə aparırıq”, - deyə Vitali Savelyev bildirib. O qeyd edib, təyyarələrin bir hissəsi icarədarların qərarı ilə saxlanılıb, bəziləri isə Avropa səmasının bağlanması səbəbindən uça bilmir.

RF Nəqliyyat Nazirliyinin məlumatına görə, hazırda ölkədə 1274 təyyarə istismar olunur. Onlardan 1151-i sərnişin təyyarəsi olmaqla, 1207 layner Rusiyada reyestr qeydiyyatdadır.

Qeyd edək ki, Rusiyanın Baş naziri Mixail Mişustin mart ayında hökumətin iclasında çıxış edərkən hakimiyyət orqanlarının xaricdə istehsal olunan təyyarə parkının qorunmasında Rusiya aviaşirkətlərinə kömək edəcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.