DÜNYA


Rusiya bu il Avropaya qaz satışından 100 milyard dollar qazana bilər

Bakı, 20 may, AZƏRTAC

Enerji daşıyıcılarının qiymətinin artması fonunda Rusiya bu il Avropa ölkələrinə qaz satışından rekord məbləğ - 100 milyard dollar qazana bilər.

AZƏRTAC “Les Echos” qəzetinə istinadla xəbər verir ki, Rusiyanın qaz satışına görə proqnozlaşdırılan gəliri ötən illə müqayisədə təxminən iki dəfə çox olacaq. Bu proqnoz Citi bankın analitikləri tərəfindən irəli sürülüb. Bununla yanaşı, analiz neft, kömür və digər faydalı qazıntıların satışından əldə olunan maliyyəni hesaba almır.

Qəzet qeyd edir ki, sanksiyalara, səs-küylü bəyanatlara və embarqo təhdidlərinə baxmayaraq Avropa İttifaqının 27 ölkəsi hər gün “Qazprom” kompaniyasına 200 milyon dollar köçürür.

Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayıb. Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir çox digər ölkələri buna cavab olaraq Rusiyaya qarşı analoqu olmayan sanksiyalar tətbiq edib, o cümlədən RF-dən neft-qaz idxalına embarqo qoyulması barədə müzakirələr gedir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.