İDMAN
Rusiya dueti ilk Avropa Oyunlarının sinxron üzgüçülük növü üzrə qızıl medalına sahib oldu
İyunun 15-də, birinci Avropa Oyunlarının dördüncü günündə Bakı Su İdmanı Sarayında sərbəst proqram üzrə yarışların final mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, bu gün 12 komanda (Slovakiya, Niderland, Böyük Britaniya, İsveçrə, Türkiyə, Yunanıstan, Belarus, Rusiya, Ukrayna, İspaniya, Fransa və İtaliya) mübarizə aparıb.
Hakimlər heyətinin üzvləri arasında səsvermənin nəticələrinə görə, Rusiya komandası (169.0992) birinci yerə çıxıb. İspaniya (162.0406) və Ukrayna (159.0860) komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
12:49
Bakı, 15 iyun, S.Allahverdiyeva, A.Rəcəbova, AZƏRTAC
Bakı Su İdman Sarayında “Bakı-2015” birinci Avropa Oyunlarının sinxron üzgüçülük üzrə ilk medalçıları müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, iyunun 15-də gərgin mübarizə şəraitində 12 duet arasında final qarşılaşmaları keçirilib. Bu mərhələdə İsveçrə (71.5182 bal), Belarus (72.5636 bal), Böyük Britaniya (69.2659 bal), Türkiyə (69.5864 bal), Fransa (70.6864 bal), Hollandiya (70.9273 bal), Rusiya (79.7568 bal), Avstriya (76.9728 bal), İspaniya (74.7046 bal), İtaliya (74.1932 bal), Ukrayna (74.3500 bal), Yunanıstan (74.0772 bal) duetləri mübarizə aparıblar.
Üzgüçülər arasında fəxri kürsünün ən yüksək pilləsinə Rusiya təmsilçiləri Valeriya Filenkova və Dariya Kulaqina dueti qalxıb. Onların təqdim etdiyi gözəl kompozisiya münsiflər heyəti tərəfindən 169.0568 balla qiymətləndirilib. Gümüş medala Avstriya dueti Anna-Mariya Alexandri – Eirini-Marina Aleksandri layiq görülüblər. Bu duet 162.8395 balla qiymətləndiriliblər. Bürünc mükafatla isə 161.6500 bal toplayaraq Ukrayna dueti Yana Nariyezna – Yelizaveta Yaxo təltif olunub.