İDMAN


Rusiya gimnastı Dina Averina Bakıda beşinci medalını qazanıb

Bakı, 19 sentyabr, AZƏRTAC

Rusiyalı gimnast Dina Averina Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının fərdi proqramında lentlə final yarışlarında da fərqlənib.

AZƏRTAC xəbər verir ki, D.Averina 21,800 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İsrailli Linoy Aşram 20,750 xalla gümüş medal qazanıb. İlk üçlüyü digər Rusiya gimnastı Yekaterina Seleznyova (20,650 xal) tamamlayıb.

D.Averina Bakının ev sahibliyi etdiyi dünya çempionatının fərdi proqramında topla və gürzlərlə yarışlarda qızıl, halqa ilə mübarizədə isə bürünc medal əldə edib. Gimnast, həmçinin Rusiya millisinin heyətində komanda yarışlarının da qalibi olub.

Çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə etmiş olacaqlar. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.

Altmış bir ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparır.

Çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.