İDMAN


Rusiya gimnastları fərdi çoxnövçülük üzrə komanda hesabında birinci pilləyə yüksəliblər

Bakı, 16 sentyabr, AZƏRTAC

Rusiya millisi Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının fərdi çoxnövçülük üzrə komanda hesabında birinci pilləyə yüksəlib.

AZƏRTAC xəbər verir ki, Rusiya millisinin hesabında 47,050 xal var. İkinci pillədə 42,250 xalla İtaliya komandası yer alıb. İlk üçlüyü Bolqarıstan seçməsi tamamlayıb – 42,000.

Azərbaycan komandası 35,950 xalla 18-cidir.

Fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast) “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.