DÜNYA
Rusiya hərbi polisi Suriyada patrul xidmətinə başlayıb
Moskva, 8 yanvar, AZƏRTAC
Rusiya hərbi polisi Suriyanın Türkiyə ilə sərhədinin yaxınlığında yerləşən Hələb əyalətinin Manbica rayonundakı ərazidə patrul xidmətinə başlayıb.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə polis nümayəndəsi Yusup Mamatov bildirib.
Onun sözlərinə görə, bu, cavabdeh zonada təhlükəsizliyi təmin etmək, silahlı dəstələrin yerləşməsi və yerdəyişməsinə nəzarət etmək məqsədi daşıyır. Hərbi polislər ərazinin döyüşçülər tərəfindən işğalı dövründən qalan gizli silah anbarları və partlamayan mərmilər barədə yerli sakinlərdən məlumatları qəbul edirlər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]