DÜNYA


Rusiya hökuməti ölkəyə giriş qaydalarına dəyişiklik edib

Bakı, 16 sentyabr, AZƏRTAC

Rusiya hökuməti xarici ölkə vətəndaşlarının ölkəyə giriş qaydalarını sadələşdirib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Baş Nazir Mixail Mişustin Nazirlər Kabinetinin iclasında Rusiya vətəndaşlığına malik qohumları olan əcnəbilərin vizanı sadələşdirilmiş qaydada ala biləcəklərini deyib.

Onun sözlərinə görə, burada qohum dedikdə həyat yoldaşı, valideyn, övlad, bacı-qardaş, nənə və baba, həmçinin nəvə nəzərdə tutulur. “Belə qohumlar vətəndaşımızın sadə yazılı ərizəsi əsasında bir ilə qədər müddətə fərdi vizalar ala biləcəklər”, - deyə Rusiyanın Baş Naziri bildirib.

Həmçinin xarici ölkə vətəndaşlarının viza almaq hüququnu qorumaq üçün hər üç aydan bir ölkədən çıxması barədə qayda da qanunvericilikdən çıxarılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.