DÜNYA


Rusiya ilə Gürcüstan arasında danışıqlar bərpa olunacaq

Tbilisi, 18 yanvar, AZƏRTAC

Gürcüstan Rusiya ilə iqtisadi və humanitar sahələrdə əməkdaşlıq barədə dialoqu davam etdirmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, belə bir açıqlama ilə Gürcüstan Baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze çıxış edib. O deyib ki, Gürcüstanın Qərb tərəfdaşları da Moskva ilə danışıqların davam etdirilməsini məqsədəuyğun hesab edirlər: “Moskva ilə humanitar və iqtisadi sahələrdə danışıqları davam etdirmək çox vacibdir. 2018-ci ildə iki ölkə arasında danışıqlarda müsbət nəticələr olub. İqtisadi münasibətlər inkişaf edib, ticarət dövriyyəsi xeyli artıb. Danışıqların növbəti mərhələlərində də Gürcüstan şirkətlərinin maraqlarını müdafiə edəcəyik və çalışacağıq ki, bu ildə danışıqlar problemsiz davam etsin”.

Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin də ötən ilin sonlarında bəyan etmişdi ki, 2019-cu ildə Zurab Abaşidze ilə görüşləri davam etdirmək niyyətindədir. O, bu görüşlərin Yeni il və Milad bayramlarından sonra davam etdiriləcəyini demişdi.

Görüşün dəqiq vaxtı və yeri barədə hələlik məlumat verilməsə də, yaxın vaxtlarda Praqada keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, iki ölkə arasındakı diplomatik münasibətlər 2008-ci ilin məlum avqust hadisələrindən sonra dayandırılıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.