DÜNYA


Rusiya ilə Türkiyə arasında aviasiya əlaqəsi iyulun əvvəlində bərpa oluna bilər

Bakı, 18 iyun, AZƏRTAC

Rusiya iyul ayının əvvəlindən başlayaraq Türkiyə ilə aviasiya əlaqəsini bərpa edə bilər.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, hazırda Türkiyədə epidemioloji vəziyyətin sabitləşməsi ilə əlaqədar bu ölkə ilə müntəzəm və çarter reyslərinə tətbiq edilən məhdudiyyətlərin ləğv edilməsi məsələsi müzakirə olunur. Məlumatlı mənbənin verdiyi məlumata görə, yekun qərar riskləri qiymətləndirən Rusiyanın koronavirusla mübarizə üzrə operativ qərargahı tərəfindən veriləcək.

Qeyd edək ki, koronavirusun yayılması səbəbindən Rusiya aprelin 15-dən iyunun 1-dək Türkiyə ilə sərnişin aviadaşımalarını məhdudlaşdırıb. Mayın 31-də Rusiyanın koronavirusla mübarizə üzrə operativ qərargahı COVID-19 infeksiyası ilə bağlı ağır epidemioloji vəziyyət səbəbindən Türkiyə və Tanzaniyaya uçuşların dayandırılması barədə qərarını iyunun 21-nə qədər uzadıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.