SİYASƏT


Rusiya kütləvi informasiya vasitələri Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətini yayımlayıb

Moskva, 27 sentyabr, AZƏRTAC

Rusiya kütləvi informasiya vasitələri Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi fikirləri geniş yayımlayıb.

AZƏRTAC xəbər verir ki, Rusiyanın aparıcı informasiya agentlikləri, xəbər saytları və teleradio şirkətləri Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi fikirlərə geniş yer ayırıblar.

TASS, “RİA Novosti”, “İnterfaks”, “RBK” agentlikləri, xəbər resursları Azərbaycan Prezidentinin Ermənistan silahlı qüvvələrinin ölkəmizin hərbçilərini və mülki əhalisini atəşə tutması, Azərbaycanın mülki əhalisi arasında itkilərin olması, Ermənistanın region üçün təhlükə yaratması, Azərbaycanın öz maraqlarını müdafiə etməsi barədə dediklərini oxucularına çatdırıb.

Rusiya KİV-lərinin materiallarında Prezidentin “Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır” sözləri yer alıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.