ELM VƏ TƏHSİL


Rusiya mətbuatı Əlyazmalar İnstitutunun fəaliyyətini işıqlandırır

Bakı, 5 aprel, AZƏRTAC

Rusiya Elmi Cəmiyyətinin həftəlik “Poisk” qəzetinin şöbə müdiri Aleksey Jukov və “Rossiya–Kultura” telekanalının “Qara dəliklər. Ağ ləkələr” elm-təhsil proqramının əməkdaşları Marina Orlova və Maksim Xankişiyev Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi fəaliyyətini işıqlandırmaq məqsədilə müəssisədə olublar.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, direktor, akademik Teymur Kərimli jurnalistlərə müsahibəsində institutun tarixi, fonddakı nadir əlyazmalar, eləcə də son dövrlərdə aparılan elmi tədqiqat işləri barədə geniş məlumat verib. Qonaqlar İnstitutun ekspozisiya zalında qədim əlyazmalar və Vatikanın Apostol kitabxanasından Azərbaycana gətirilən əlyazmalarla tanış olublar. Onlara, həmçinin institutun elmi fondu, əlyazmaların gigiyena və bərpası laboratoriyası, fondda qorunan nadir əlyazmalar haqqında məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.