İDMAN
Rusiya millisi Bakıda təşkil edilmiş UEFA-nın inkişaf mini turnirinin qalibi olmuşdur
Bakı, 16 may (AZƏRTAC). Futbol üzrə 18 yaşadək qızlardan ibarət yığma komandaların iştirakı ilə Bakıda təşkil olunmuş UEFA-nın inkişaf mini turniri mayın 16-da başa çatmışdır.
AZƏRTAC xəbər verir ki, turnirin son oyununda Rusiya və Azərbaycan komandaları qarşılaşmışlar. Bayıl stadionunda keçirilmiş oyun 4:0 hesabı ilə rusiyalı futbolçuların xeyrinə yekunlaşmışdır.
Beləliklə, keçirdiyi hər iki oyunu qələbə ilə başa vuran Rusiya yığması turnirin qalibi olmuşdur.
Xatırladaq ki, turnir çərçivəsində daha əvvəl keçirilmiş Azərbaycan - İsrail qarşılaşması 0:1, İsrail - Rusiya oyunu isə 1:4 hesabı ilə başa çatmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [14:12]
“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub
- 25.04.2024 [12:53]
Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq
- 25.04.2024 [11:58]
Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam
- 25.04.2024 [11:06]
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
- 25.04.2024 [10:46]