İDMAN


Rusiya millisindən daha bir qızıl medal 

Bakı,30 iyul, M.Əlioğlu, P.Ələkbərov, AZƏRTAC

Bakı Atıcılıq Mərkəzində keçirilən Avropa çempionatında Rusiya millisi yeniyetmələr (kişilər) arasında 25 metr məsafəyə standart tapança ilə atəşaçma yarışında 1671 xal toplayaraq çempion olub.

AZƏRTAC xəbər verir ki, qızıl medalı Rusiya millisinə Daniil Şıxov (565 xal), Aleksandr Petrov (554 xal) və Eqor İsmakov (552 xal) qazandırıblar.

İkinci yeri 1668 xalla Ukrayna millisi tutub. Komandanın aktivinə gümüş medalı Pavlo Krepostniak, Yuri Kolesnik və Maksim Horotinets yazdırıblar.

Yarışın üçüncüsü isə 1663 xalla Almaniya millisi olub. Yığmanın heyətində bu uğura Kristop Lutz, Florian Peter, Philip Heyer imza atıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.