İDMAN


Rusiya millisinə 3:0 hesabı ilə qalib gələn Uruqvay qrup birincisi olub

Bakı, 25 iyun, AZƏRTAC

İyunun 25-də Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının qrup mərhələsində sonuncu turun oyunları start götürüb.

AZƏRTAC xəbər verir ki, ilk olaraq meydana “A” qrupunda yer alan Rusiya və Uruqvay komandaları çıxıblar. Ev sahiblərinə 3:0 hesabı ilə qalib gələn Uruqvay qrup mərhələsini birinci yerdə tamamlayıb.

Bu qrupdakı digər oyun səkkizdəbir finala çıxmaq şansını itirən Səudiyyə Ərəbistanı və Misir komandaları arasında keçirilib. Görüş Səudiyyə Ərəbistanı futbolçularının 2:1 hesablı qələbəsi ilə başa çatıb.

“B” qrupunda üçüncü tura saat 22:00-da başlayacaq iki oyunla yekun vurulacaq. İran Portuqaliya ilə, İspaniya isə Mərakeş yığması ilə qarşılaşacaq. Sonuncu tur ərəfəsində üç komanda - İran, Portuqaliya və İspaniya komandaları mundialın play-off mərhələsinə çıxmaq şanslarını saxlayırlar.

Xatırladaq ki, iki turdan sonra İspaniya və Portuqaliya yığmaları dörd xalla birinci-ikinci yerləri bölüşürlər. İran millisinin isə üç xalı var.

İspaniya-Mərakeş oyunu Azərbaycan Televiziyasında, İran-Portuqaliya matçı isə İdman Azərbaycan və İctimai Televiziyada canlı yayımlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.