İDMAN


Rusiya millisinin iki futbolçusu həbs olunub

Bakı, 12 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Rusiya millisinin futbolçuları Pavel Mamayev və Aleksandr Kokorin iki aylıq həbs olunub.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmisi məlumat verib. Hər iki futbolçu xuliqanlıqda ittiham olunaraq həbs olunub.

Futbolçular Rusiya Sənaye Ticarəti Nazirliyinin departament rəhbəri Denis Pak və Dövlət Federal Unitar Müəssisəsinin direktoru Sergey Qaysini, eləcə də daha əvvəl Rusiya "Birinci kanalı”nın aparıcısı Olqa Uşakovanın sürücüsü Viktor Solovyovu döyməkdə ittiham olunublar.

Həmin gün hər iki futbolçu sərxoş olub. Hadisədən sonra zərərçəkmişlər xəstəxanaya çatdırılıb, futbolçular isə kafeni tərk edib. Pakın vəkili onun ciddi xəsarət aldığını və məsələ ilə bağlı cinayət işinin ciddi nəzarəti altında olduğunu bildirmişdi. Hadisənin irqi zəmində baş verdiyi bildirilir. Kokorin və Mamayevin sürücünü klubların birində sərxoş halda çıxdıqdan sonra döydüyü iddia olunur.

Qeyd edək ki, Aleksandr Kokorin “Zenit”də, Pavel Mamayev isə “Krasnodar”da çıxış edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.