DÜNYA


Rusiya neftinə qiymət həddi - bir barel üçün 60 dollar

Rusiya neftinə qiymət həddi - bir barel üçün 60 dollar

Bakı, 3 dekabr, AZƏRTAC

Yeddilər qrupu (G7) ölkələri və Avstraliya dənizlə daşınan Rusiya mənşəli neftin bareli üçün maksimum 60 dollar səviyyəsində qiymət həddinin tətbiqinə dair razılığa gəliblər.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin cümə günü yaydığı birgə bəyanatda deyilir.

Bəyanatda qeyd edilir edir ki, Rusiya neftinin qiymətinə məhdudiyyət “dekabrın 5-i və ya tezliklə” qüvvəyə minəcək. Qiymət həddi siyasətinin tətbiqi qaydalarının daha ətraflı detalları yaxın vaxtlarda iştirakçı ölkələr tərəfindən dərc olunacaq. Məhdudiyyətlərdən mümkün yankeçmə və yayınma hallarının qarşısını almağa yönələn zəruri tədbirlər lazımi qaydada öyrəniləcək.

Sazişin iştirakçısı olan ölkələr “qiymət tavanının effektivliyini və təsirini diqqətlə izləmək” niyyətində olduqlarını bildiriblər. “Biz lazım gəldiyi təqdirdə maksimum qiyməti nəzərdən keçirməyə və düzəliş etməyə hazır olacağıq”, - deyə bəyanatda vurğulanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.