SİYASƏT


Rusiya nəşri: Yerevanın seçimsiz təsir göstərən silahdan istifadə etmək cəhdi onun münaqişəni davam etdirmək üçün resurslarının tükənməsindən xəbər verir

Moskva, 1 noyabr, AZƏRTAC

“Amnesty International” Beynəlxalq hüquq müdafiə təşkilatı ilk dəfə olaraq etiraf edib ki, Ermənistan silahlı qüvvələri dünyanın bir çox ölkələrində qadağan olunmuş kasetli döyüş sursatlarından istifadə edir.

AZƏRTAC xəbər verir ki, Rusiyanın “utro.ru” nəşrində dərc edilmiş material bu barədədir.

Nəşrdə göstərilir ki, “Amnesty International”-ın verdiyi məlumata görə oktyabrın sonlarında Azərbaycanın Bərdə şəhərində yaşayış məhəllələri atəşə tutularkən, Yerevan kasetli döyüş sursatlarından istifadə edib.

Hüquq müdafiəçiləri amerikanın “Vice News” nəşrində dərc olunmuş fotoşəkilləri təhlil edərək 300 mm çaplı yaylım atəşli “Smerç” reaktiv sistemindən atılmış bir neçə mərminin düşməsi faktını təsdiq ediblər. Məsələn, 9H235 qəlpəli döyüş elementlərinin fraqmentləri tapılıb. Amnesty vurğulayır ki, bu mərmilər Ermənistan silahlı qüvvələri tərəfindən tətbiq edilib.

“Amnesty International”-ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Mari Strazers bu atəşləri şərh edərək deyib: “Kasetli döyüş sursatları ilə mülki ərazilərə atəş açılması ağılsız və qəddar hərəkətdir, bu, saysız-hesabsız ölüm, yaralanma və əzab-əziyyətə gətirib çıxarır. Kasetli döyüş sursatları mahiyyət etibarilə seçimsiz təsir göstərən silahlardır və istənilən hallarda onlardan istifadə beynəlxalq humanitar hüquqa görə qadağandır”.

Məqalədə qeyd edilir ki, Ermənistan silahlı qüvvələrinin seçimsiz təsir göstərən silahlardan istifadə etmək cəhdləri Bakıda müxtəlif səviyyələrdə dəfələrlə göstərilib. Məsələn, oktyabrın 10-da bildirilmişdi ki, Yerevan Dağlıq Qarabağda döyüş əməliyyatları zamanı kasetli döyüş sursatlarından və hətta içərisinə ağ fosfor doldurulmuş tüstülü mərmilərdən mülki obyektlərə qarşı istifadə edir. O vaxt Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməliyyatlar üzrə meneceri Elnur Qasımov bildirmişdi ki, oktyabrın 8-də Füzuli rayonunun Arayatlı kəndinin yaxınlığında içərisinə ağ fosfor doldurulmuş mərmi aşkar edilib. Yevlax, Goranboy və Ağcabədi rayonlarında isə kasetli bombaların fraqmentləri tapılıb.

Məqalədə deyilir: “Yerevanın seçimsiz təsir göstərən silahdan Azərbaycan şəhərlərinin mülki əhalisinə qarşı istifadə etmək cəhdləri onun münaqişəni davam etdirmək üçün resurslarının tükənməsinə dəlalət edə bilər. Hərçənd, Ermənistan rəhbərliyinin bundan sonra hər hansı beynəlxalq yardım akkumulyasiya edə biləcəyi şübhə doğurur. Konvensiyanı imzalamış və ya özlərinin silah arsenalında müharibə aparmağın müasir vasitələri olan xarici vasitəçilərlə söhbət zamanı köhnəlmiş kasetli döyüş sursatlarının tətbiq olunmasını izah etmək çətindir”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.