DÜNYA


Rusiya ölkəyə gələn əcnəbilərdən tibbi arayış tələb edəcək

Moskva, 29 yanvar, AZƏRTAC

Rusiya Daxili İşlər Nazirliyi (DİN) ölkəyə gələn əcnəbilərdən tibbi arayış tələb edəcək.

AZƏRTAC xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyi ölkəyə gələn əcnəbilərin məcburi qaydada daktiloskopiya prosedurundan keçməsini və tibbi arayış təqdim etməsini planlaşdırır.

Bu barədə DİN-in Miqrasiya Məsələləri üzrə Baş İdarəsinin rəisi Valentina Kazakova jurnalistlərə məlumat verib. Onun sözlərinə görə, bu tədbirlər xəstəliklərin yayılması ilə əlaqədardır.

Hazırda Rusiyaya işləmək və ya bu ölkədə müvəqqəti yaşamaq hüququ, eləcə də Rusiya vətəndaşlığı almaq istəyən şəxslər tibbi arayış təqdim edirlər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.