DÜNYA
Rusiya öz hava məkanında “Boeing 737 MAX 8” və “Boeing 737 MAX 9” təyyarələrinin uçuşlarını qadağan edib
Moskva, 14 mart, AZƏRTAC
Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) xüsusi göstərişlər verilənə qədər öz hava məkanında “Boeing 737 MAX 8” и “Boeing 737 MAX 9” təyyarələrinin uçuşlarını qadağan edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Rosaviasiya”nın rəhbəri Aleksandr Neradko jurnalistlərlə söhbətində bildirib.
Qadağa “Rosaviasiya”nın müvafiq qərarı qəbul edilənə qədər qüvvədə olacaq. A.Neradkonun sözlərinə görə, qadağanın götürülməsi barədə qərar ABŞ Federal Aviasiya Administrasiyasının, Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Büronun və “Boeing” şirkətinin direktiv məlumatlarının təhlilinə əsaslanacaq.
Fəridə Abdullayeva
AZƏRTAC –ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.04.2024 [22:41]
ABŞ İsrailə dəstək üçün 26 milyard dollar vəsait ayırmağı nəzərdə tutur
- 17.04.2024 [22:21]
Media: İsrail bazar ertəsi İrana cavab zərbəsi endirməyi planlaşdırıb
- 17.04.2024 [20:21]
Zelenskinin iştirakı ilə Ukrayna-NATO Şurasının növbəti iclası keçiriləcək
- 17.04.2024 [18:33]
Mer: Xarkov ikinci Hələbə çevrilmək təhlükəsi ilə üz-üzədir
- 17.04.2024 [17:51]
Türkiyədən Qəzzaya daha bir “yaxşılıq gəmisi” yola düşüb
- 17.04.2024 [17:41]
Fransa Mayotda uğursuz əməliyyatdan sonra yenisini başlayır
- 17.04.2024 [17:21]
BMT: 1994-cü ildən bəri dünyada ana ölümləri 34 faiz azalıb
- 17.04.2024 [17:12]