İDMAN


Rusiya şahmatçıları 2022-ci il dekabrın 31-dək FIDE bayrağı altında çıxış edə biləcəklər

Bakı, 16 may, AZƏRTAC

Beynəlxalq Şahmat Federasiyası (FIDE) Rusiya və Belarus idmançılarına 2022-ci il dekabrın 31-dək qurumun bayrağı altında çıxış etməyə icazə verəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə FIDE-nin mətbuat xidməti məlumat yayıb.

Əvvəlcə ruslar və belaruslar üçün beynəlxalq turnirlərdə iştirak etmək icazəsi mayın 31-dək etibarlı idi. Bu müddətdən sonra oyunçular avtomatik olaraq federasiyalarına qaytarılacaqdı. FIDE-nin mətbuat xidmətindən bildiriblər ki, əvvəllər federasiya bayrağı altında yarışmağa icazə almış bütün oyunçular Rusiya və ya Belarusun bayrağını qaytarmaq üçün sorğu göndərməsələr, FIDE bayrağı altında yarışmağa davam edəcəklər.

FIDE bayrağı altında beynəlxalq yarışlarda iştirak etməklə bağlı icazə almaq üçün Rusiya və Belarus şahmatçıları federasiyaya sorğu göndərməlidirlər.

Qeyd edək ki, fevralın 28-də FIDE Rusiya və Belarus idmançılarına neytral statusda beynəlxalq yarışlarda iştirak etməyə icazə verib. Bununla yanaşı, qurum Rusiya və Belarusda rəsmi şahmat yarışları və tədbirləri keçirməyəcəyini bəyan edib. Martın 16-da isə hər iki ölkənin yığmalarının qurumun himayəsi altında keçirilən yarışlarda iştirakı qadağan edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.