SİYASƏT
Rusiya səfiri: Noyabrın əvvəllərində Gəncədə millətlərarası əməkdaşlıq forumunun keçirilməsi gözlənilir VİDEO
Bakı, 20 avqust, Ayla Sadıq, AZƏRTAC
Noyabrın əvvəllərində Gəncədə millətlərarası əməkdaşlıq forumunun keçirilməsi gözlənilir. Bu, biznes dairələrinin, nazirliklərin nümayəndələrinin, Rusiya və Azərbaycanın rəsmi şəxslərinin iştirakı ilə mühüm görüş olacaq. Forum ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində növbəti stimula çevriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov avqustun 20-də keçirilən mətbuat konfransında bildirib.
Səfirin sözlərinə görə, ilin sonunadək, həmçinin iqtisadiyyat və iqtisadi inkişaf nazirliklərinin rəhbərlərinin həmsədr olduqları hökumətlərarası komissiyanın iclası keçirilməlidir.
Diplomat qeyd edib ki, bu məsələlər ilin sonunadək onun fəaliyyətində xüsusi yer tutur.