İQTİSADİYYAT


Rusiya şirkəti Azərbaycan sahibkarları ilə əməkdaşlıqda maraqlıdır

Bakı, 12 noyabr, AZƏRTAC

Rusiyanın "Politexmed" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Azərbaycan sahibkarları ilə əməkdaşlıqda maraqlıdır.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan AZƏRTAC-a bildiriblər ki, "Politexmed" MMC ölkəmizdə tibbi avadanlıqların satışı və istehsalı sahəsində sahibkarlara əməkdaşlıq təklif edir. Şirkət ikitərəfli əlaqələrin inkişafı və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün cərrahiyyə və oftalmologiya sahəsində istifadə olunan müasir cərrahi tikiş materiallarının Azərbaycandakı tibb müəssisələrinə tədarükünü, eləcə də yerli müəssisənin təşkili üzrə ixtisaslı praktiki yardımın göstərilməsini təklif edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.