Rusiya sülhməramlılarına aid avtomobil karvanı aksiya ərazisindən maneəsiz keçib
AzerTAg.az
Şuşa, 22 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 42-ci günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçir.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus 13 avtomobilin Laçından Xankəndi istiqamətinə, 1 yük avtomobilinin isə əks istiqamətə sərbəst hərəkəti təmin edilib. Ümumilikdə gün ərzində bu saata qədər 47 maşının maneəsiz keçməsinə şərait yaradılıb.
Bu, bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir.
Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.







Xəbərin mətnində orfoqrafik səhv var