SİYASƏT


Rusiya sülhməramlılarına məxsus növbəti avtomobil karvanı aksiya ərazisindən sərbəst keçib

Şuşa, 24 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC

Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 44-cü günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisində maneəsiz hərəkət edirlər.

AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus 6 avtomobilin Laçından Xankəndi istiqamətinə sərbəst hərəkəti təmin edilib. Ümumilikdə gün ərzində bu saata qədər sülhməramlıların 45 maşınının, həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus 12 avtomobilin maneəsiz keçməsinə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir. Etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı Ermənistan mətbuatında yayılan xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Qeyd edək ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Nəticədə azərbaycanlı ekofəallar Qarabağda ekoloji istismara qarşı ötən il dekabr ayının 12-dən dinc aksiyaya başlayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.