MƏDƏNİYYƏT
Rusiya teatrının solistləri Bakıda çıxış edəcək
Bakı, 31 oktyabr, AZƏRTAC
Noyabrın 17-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Adolf Adanın “Jizel” baleti təqdim olunacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu dəfə sənət ocağının səhnəsində Rusiya Böyük Teatrının solistləri - Anna Nikulina (Jizel) və Ruslan Skvortsov (qraf Albert) çıxış edəcəklər. Hər iki solist balet artistlərinin beynəlxalq müsabiqələrinin qalibləri və Rusiyanın Əməkdar artistləridir.
Tamaşada, həmçinin Opera və Balet Teatrının aparıcı solistləri - Ayan Eyvazova və Timur Oduşev də rol alacaqlar.
Səhnə əsəri Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev tərəfindən idarə olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]