MƏDƏNİYYƏT


Rusiya televiziyasının Birinci kanalı “Jara-2018” festivalının nümayişini davam etdirir

Bakı, 7 avqust, AZƏRTAC

Rusiya Televiziyasının Birinci kanalı “Jara-2018” Beynəlxalq Musiqi Festivalının nümayişini davam etdirir.

AZƏRTAC Birinci kanalın saytına istinadla xəbər verir ki, festival çərçivəsində keçirilmiş növbəti konsert proqramı televiziya tamaşaçılarına avqustun 10-da təqdim olunacaq.

Xatırladaq ki, avqustun 3-də Rusiya telekanalında festivalın birinci gününün konserti göstərilib.

İyulun 26-dan 29-dək Bakıda, “Sea Breeze Resort” istirahət mərkəzində keçirilmiş festivalda 75 ifaçı, eləcə də 1200-dən çox musiqiçi iştirak edib. Festival dörd gün ərzində şəhərin mədəni həyatına özünəməxsus hərarət, coşqunluq gətirib. Bu musiqi bayramında həm yaşlılar, həm də gənclər öz zövqlərinə uyğun musiqini dinləmək imkanı qazanıblar.

Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.