DÜNYA
Rusiya turizm operatorları Türkiyəyə aviauçuşların dayandırılmasından 5 milyard rubl itirib
Moskva, 17 aprel, AZƏRTAC
Türkiyə ilə aviasiya əlaqəsinin məhdudlaşması nəticəsində Rusiya turizm operatorları azı 5 milyard rubl (120 milyon manatdan çox) vəsait itiriblər.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Turizm Sənayesi İttifaqının vitse-prezidenti Yuri Barzıkin məlumat verib. O əlavə edib ki, hələ İstanbuldan keçərək digər ölkələrə uçan tranzit sərnişinlərlə bağlı rəqəmlər bu statistikaya daxil deyil.
Y.Barzıkin ümidvar olduğunu bildirib ki, bu itkiləri iyunun 1-dən aviauçuşların bərpasından sonra kompensasiya etmək mümkün olacaq.
Xatırladaq ki, Rusiya ilə Türkiyə arasında aviasiya əlaqəsi epidemioloji vəziyyətlə bağlı aprelin 15-dən iyunun 1-dək məhdudlaşdırılıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]