İDMAN


Rusiya üç il ərzində Beynəlxalq Paralimpiya Komitəsinə 625 min avro ödəməlidir

Bakı, 15 mart, AZƏRTAC

Rusiya Paralimpiya Komitəsi (RPK) üç il ərzində Beynəlxalq Paralimpiya Komitəsinə (BPK) 625 min avro ödəməlidir.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Rusiya Paralimpiya Komitəsinin BPK-ya üzvlüyü bərpa edilib. Rusiya Paralimpiya Komitəsinin bu beynəlxalq quruma tamhüquqlu üzvlüyünün bərpası ilə bağlı qərar şərti xarakter daşısa da, bu, rusiyalı paralimpiyaçıların ölkə bayrağı altında beynəlxalq yarışlarda iştirakına mane olmayacaq.

Bundan başqa, qərara əsasən, Rusiya Paralimpiya Komitəsi qeyd olunan məbləği üç il ərzində ödəməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.