İQTİSADİYYAT


Rusiya və ABŞ enerji bazarındakı mövcud vəziyyəti müzakirə edib

Bakı, 13 may, AZƏRTAC

Rusiyanın Energetika naziri Aleksandr Novak ABŞ-ın Enerji naziri Dan Brouillette ilə qlobal enerji bazarındakı mövcud vəziyyəti müzakirə edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın Energetika Nazirliyi məlumat yayıb.

Bildirilir ki, telefon danışığında dünya neft bazarındakı mövcud vəziyyət və gələcək perspektivlər, habelə vəziyyətin sabitləşməsi üçün görülən kollektiv tədbirlər müzakirə edilib. Nazirlər dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.